Qonşu ölkədə botulizmə yoluxanların sayı artıb

13:50 - 24 İyun 2024 - Xəbər

Daha bir Tatarıstan sakini botulizm şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, Rospotrebnadzor regional idarəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, bununla da respublikada qeydə alınan zəhərlənmə hallarının sayı 20-yə çatıb.

Bundan əvvəl “Local Kitchen” MMC-nin istehsal etdiyi lobio salatını yedikdən sonra Tatarıstan sakinləri arasında 19 şübhəli botulizm hadisəsi qeydə alınıb. Şənbə günü ilk üç xəstə Kazandakı yoluxucu xəstəliklər xəstəxanasından evə buraxılıb. 15 nəfər müalicə altında qalıb.

Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, faktla bağlı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.

Xəbər xətti