Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı göndərəcək

13:14 - 24 İyun 2024 - DÜNYA

Dünya Bankı (DB) Misir hökumətinin büdcə kəsirinin aradan qaldırılmasına kömək etmək üçün bu ölkəyə 700 milyon dollar ayırdığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində deyilir.

Qeyd olunur ki, maliyyə dəstəyinin məqsədi özəl sektorun artımının stimullaşdırılmasına, ümumi iqtisadi vəziyyətin möhkəmləndirilməsinə, büdcə kəsiri probleminin həllinə və ekoloji yönümlü inkişaf modelinə keçidə yönəlmiş əsas islahatların həyata keçirilməsidir. 

Yaxın Şərq ölkəsi Dünya Bankının bu ilin mart ayında qəbul etdiyi maliyyələşdirmə proqramı çərçivəsində nağd yardım alıb. Layihə Misirə qarşıdakı üç il ərzində 6 milyard dollar təmin edir. Bu vəsaitin yarısı dövlət sektorunun inkişafına, digər yarısı isə özəl sektora yönəldiləcək.///tass

Xəbər xətti