Kürdəmirdə qonşu qonşunu güllələdi

11:03 - 20 İyun 2024 - HADİSƏ

Kürdəmirdə silahlı insident olub.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Carlı kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Məmmədov arasında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib. SEO Nədir

Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər xətti