Yaponiya turizm bumunun öhdəsindən gələ bilmir - Qiymətlər artırılır

08:02 - 20 İyun 2024 - DÜNYA

Yerli valyutanın zəifləməsi əsasən xarici turistlər arasında gündoğar ölkəsinə marağın artmasına səbəb olub.
2022-ci ilin payızında koronavirus pandemiyasından sonra yenidən kütləvi turizmə açılan Yaponiya indi beynəlxalq gəlişlərdə görünməmiş bir artım yaşayır. Lakin əcnəbilərin bu artan marağı, deyəsən, yerli sakinləri o qədər də sevindirmir.

Yaponiyanın YUNESKO-nun Ümumdünya İrsi Saytı Himeji qəsrini ziyarət etmək istəyən əcnəbilər tezliklə yerli ziyarətçilərdən altı dəfə çox pul ödəməli olacaqlar. Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post yazıb. Belə ki, şəhərin meri Hideyasu Kiyomoto həddindən artıq turizmə və ölkəni xaricilər üçün çox cəlbedici edən yerli valyutanın zəifləməsinə cavab vermək qərarına gəlib.

Qalaya giriş haqqı hazırda 1000 yen (təxminən 7 dollar) təşkil edir, lakin Kiyomoto bu yaxınlarda əcnəbilərin 30 dollar, yerlilərin isə 5 dollar ödəməsini istədiyini, bu pulu qalanın saxlanması üçün istifadə etmək niyyətində olduğunu söyləyib.

Nəşr qeyd edir ki, turistlər üçün əlavə ödənişlər dünyada yenilik deyil, lakin varlı Yaponiya üçün belə siyasət həmişə qeyri-adi olub. Bununla belə, son beş il ərzində yen ABŞ dolları qarşısında dəyərinin 40%-dən çoxunu itirib və bu, yerli əhali ilə qonaqlar arasında alıcılıq qabiliyyətinin kəskin bərabərsizliyinə gətirib çıxarıb.
İndi əcnəbilərə ikiqat qiymət təklif edənlər təkcə Yaponiya dövlət məmurları deyil. Bəzi özəl biznes sahibləri də turistlər üçün fərqli qiymətlər tətbiq etdilər: Tokioda bir dəniz məhsulları bufet restoranı keçən ay xaricilərdən müəyyən menyu üçün təxminən 1000 yen daha çox ödəniş etmək qərarına gəldikdə başlıqlara çevrilib.

Bununla belə, nəşr qeyd edir ki, Yaponiyanın problemi turistlərin daha çox xərc çəkə bilməsi deyil, onların sayının çox olmasıdır. 2023-cü ildə ölkəyə görünməmiş 25 milyon turist gəlib və bu, yerli əhalinin gündəlik həyatını çətinləşdirir.
Eyni zamanda ekspertlər qeyd edirlər ki, bir çox yerli biznes nümayəndələri öz təəssüratlarına əsaslanaraq əcnəbilər üçün qiymətləri qaldırırlar

Xəbər xətti