Zərdabda bədbəxt hadisə: Çoban öldü 

19:30 - 17 İyun 2024 - HADİSƏ

 
Zərdab rayonunda bədbəxt hadisə baş verib. 

Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb. 

Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov “Kamaz” markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.  SEO Xidməti

Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq vəfat edib. 

Faktla bağlı araşdırmalar aparılır. 

Xəbər xətti