Polşa “Patriot” sistemlərini Ukraynaya verməyəcək

12:51 - 13 İyun 2024 - DÜNYA

Varşava özünün “Patriot” zenit-raket komplekslərini Kiyevə vermək niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa Radio Zet-ə müsahibəsində bildirib.

Büro rəhbərinin sözlərinə görə, bütün bir Patriot batareyasının ötürülməsi çox təhlükəlidir və Polşanın təhlükəsizliyini azaldır. O, bu hava hücumundan müdafiə sisteminin Polşanın öz qoşunlarının infrastrukturunu və qruplaşmalarını qorumaq üçün zəruri olduğunu vurğulayıb.

Xəbər xətti