“Soyuz-23” gəmisinin təcili enişinin iştirakçısı dünyasını dəyişib

12:21 - 13 İyun 2024 - DÜNYA

Sovet İttifaqı Qəhrəmanı, 1976-cı ildə “Soyuz-23” kosmik gəmisi Rusiya kosmonavtikası tarixində yeganə təcili enişi həyata keçirən pilot-kosmonavt Vyaçeslav Zudov 82 yaşında dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qaqarin adına Kosmonavtların Hazırlanması Mərkəzində (CPC, Roskosmosun tərkibində) məlumat verilib.

Qeyd olunur ki, vida mərasimi iyunun 14-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mıtişi şəhərindəki Federal Hərbi Xatirə Qəbiristanlığında baş tutacaq.

Xəbər xətti