Milli Məclisin vitse-spikerinə ağır itki üz verib - FOTO

15:49 - 12 İyun 2024 - Xəbər

Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev 77 yaşında dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Elnur Eltürk məlumat yayıb.

O bildirib ki, A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.

Qeyd edək ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. O, sonuncu dəfə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsində çalışıb.

A.Əliyevin digər qardaşı Məhərrəm Əliyev isə 2023-cü ilin dekabrınadək Prezidentin müdafiə məsələləri üzrə köməkçisi olub. General-polkovnik Məhərrəm Əliyev hazırda ölkəmizin Belarusdakı səfiridir.

Xəbər xətti