Sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması başa çatdı - VİDEO

15:07 - 12 İyun 2024 - Xəbər

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib", MN-in məlumatında deyilir.

Xəbər xətti