Hindistan İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək

14:30 - 12 İyun 2024 - DÜNYA

İyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna üzrə konfransda Hindistan təmsil olunacaq.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra deyib. Bildirilir ki, lakin Nyu Dehli hələlik iştirak səviyyəsi ilə bağlı qərar verməyib

"Hindistan İsveçrədə keçiriləcək sülh konfransında müvafiq səviyyədə iştirak edəcək. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir. Hindistan nümayəndəsi ilə bağlı qərar qəbul etdikdən sonra bu məlumatı paylaşmaqdan məmnun olarıq", - o deyib.

Xəbər xətti