Bakıda hosteldən qadın meyiti tapıldı 

13:08 - 6 İyun 2024 - SİYASƏT

Bakıda hosteldən qadın meyiti tapılıb. 

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 

Rayon ərazisində yerləşən hostellərdən birində 61 yaşlı Aybəniz Məmi qızı Şabanovanın çürümüş meyiti aşkar edilib. 

Məlumata əsasən, qadın həmin hosteldə yaşayırmış. 

Cəsəddə zorakılıq əlamətləri olmayıb. 

Xəbər xətti