63 yaşlı kişi səkkiz gündür itkin düşüb - foto

18:46 - 29 May 2024 - HADİSƏ

1961-ci il təvəllüdlü Əliabbas Zalov mayın 21-də Sumqayıt şəhərində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə "Report"a itkin düşən şəxsin qardaşı Abbasəli Zalov məlumat verib.

Məlumatda qeyd olunub ki, onun mobil telefon nömrəsinə də həmin gündən zəng çatmır.

Zalovun qardaş və bacısı bildirib ki, kişi Sumqayıtda tək yaşayır.

Hadisə ilə bağlı polisə məlumat verilib.


Xəbər xətti