“Krasnodar” Musayevlə müqaviləni uzadıb

14:08 - 29 May 2024 - İDMAN

“Krasnodar” futbol klubu komandanın baş məşqçisi Murad Musayevlə müqavilənin müddətini uzaddığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə yeni müqavilə 2026-cı il mayın 31-dək nəzərdə tutulub.

Musayev "Krasnodar"a mart ayında baş məşqçi təyin edilib, o, istefaya göndərilən serbiyalı Vladimir İviçi əvəzləyib. Musayevin rəhbərliyi altında "Krasnodar" klubu Rusiya çempionatında gümüş medallar qazanıb ki, bu da komandanın tarixində ən yaxşı nailiyyətdir.

Mütəxəssis 2005-2021-ci illərdə Krasnodar sistemində çalışıb. 2020-ci ilin iyunundan 2021-ci ilin aprel ayına kimi o, komandanın baş məşqçisi olub. Musayev 2021-2024-cü illərdə Azərbaycanın “Sabah” klubuna rəhbərlik edib.

2022/23 mövsümündə komanda ölkə çempionatının gümüş mükafatçısı olub.

Xəbər xətti