Cənubi Koreya Şimali Koreyadan buraxılan zibil şarlarının sayını açıqladı

14:02 - 29 May 2024 - DÜNYA

Koreya Respublikasının hərbçiləri, ehtimal ki, KXDR-dən göndərilmiş zibil və tullantıların olduğu təxminən 260 şarı sayaraq, bu hərəkəti vulqar adlandırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tona ilbo” qəzeti Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Yerli vaxtla saat 16:00-a təxminən 260 top aşkar edilib. Zibil torbalarının tapılması ilə bağlı xəbərlər mayın 28-də gecə saatlarında gəlməyə başlayıb. "Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Biz Şimali Koreyaya ciddi xəbərdarlıq edir və onları qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırmağa çağırırıq", - komitə sözçüsü bildirib.

Plastik butulkalar, akkumulyatorlar, ayaqqabı hissələri və peyin də daxil olmaqla balonlardan zibil və tullantı torbaları asılmışdı. 

Cənubi Koreya ordusu düşmüş şarlardan paketlərin içindəkiləri toplayır və təhlil edir.

Xəbər xətti