ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

01:25 - 29 May 2024 - DÜNYA

ABŞ-nın hərbi təyyarəsi Albukerke (Nyu Meksiko) hava limanında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb. Təyyarədə yalnız pilot olub və xəstəxanaya yerləşdirilib. Hadisədən sonra hava limanı artıq fəaliyyətini bərpa edib.

“Daily Express” ABŞ portalının məlumatına görə, havaya qalxdıqdan az sonra qəzaya uğrayan F-35 qırıcısı ola bilərdi.

Xəbər xətti