“Bütün mülklərim oğlumla ailə quracaq xanıma qalacaq”

14:12 - 27 May 2024 - MAQAZİN

"Qızımı qohuma vermişəm, oğluma da qohumdan qız almaq istəyirdim. Amma hələ ki, qalıb, qismət".

Ucnoqta.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova deyib.

O, oğlunu evləndirərkən razılaşma əsasında qız seçəcəyini bildirib:

"Uşaqlarımın xasiyyətləri elədir ki, onlara məcbur heç kimi ala bilmərəm. Heç olmasa razılaşma olmalıdır. Mənim də narazılığım olsa, oğlum dirənib, kimisə alacağını deməz. Bizdə belədir".

Qeyd edək ki, Könül Kərimova bir müddət öncə oğlunu evləndirmək istədiyini deyib. O, bütün mülklərinin övladı ilə ailə quracaq xanıma qalacağını bildirib.

Xəbər xətti