Erməni zabitlər sərhəddə geri çəkilməkdən imtina edir? - AÇIQLAMA

20:07 - 25 May 2024 - DÜNYA

“Sosial şəbəkələrdə “hərbi zabitlər Tavuşda vəzifələrindən geri çəkilmək əmrini yerinə yetirməkdən imtina edirlər” başlıqlı nəşr yayılır”

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi Tavuşda zabitlərin mövqelərini tərk etməkdən imtina etməsi ilə bağlı nəşrləri təkzib edir.

"Bu başdan ayağa tamamilə yalan, reallıqdan uzaqdır”, - açıqlamada deyilir.

Eyni zamanda, Müdafiə Nazirliyi “silahlı qüvvələr, silahlı qüvvələrin rəhbərliyi və hərbi qulluqçular haqqında müxtəlif uydurma xəbərləri dərc etməkdən çəkinməyə” çağırır və yalnız idarənin rəsmi hesabatlarını və bəyanatlarını əsas götürür.

Xəbər xətti