Samuxda 5 otaqlı ev yanıb

14:49 - 25 May 2024 - ÖLKƏ İÇİ

Samuxda 5 otaqlı evdə yanğın baş verib.

FHN-dən verilən xəbərə görə, Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin mətbəxində 3 p.m mebel yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti