Tanınmış aparıcdan TƏBİB-ə: "Bu nə kampaniya idi ki, başladıldı?"

14:57 - 24 May 2024 - Cəmiyyət

Tanınmış aparıcı Ceyhun Səfər sağlamlıq haqqında arayışların elektron qaydada verilməsi ilə bağlı sistemin işləməməsindən narazılıq edib.

Ucnoqta.az xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkə hesabında yazıb:

"Dedilər ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayışın verilməsində onlayın xidmətlərə keçilir. Yəni, müayinələrdən keçirsiniz, cavabı isə vaxt itirməmək, daha operativ xidmət üçün şəxsi kabinet vasitəsilə əldə edə bilərsiniz. Çox yaxşı, yaxt itkisi olmaması üçün bu edilir.
Mən də bu məqsədlə Nizami rayonunda yerləşən 26 saylı poliklinikaya yaxınlaşdım. Sağ olsunlar, operativ olaraq həkim müayinələrindən keçməyimə şərait yaradıldı. Günorta saatlarına qədər arayışın hazır olacağını öyrəndim. Neçə dəfə şəxsi kabinetə daxil oluram, TƏBİB-lə əlaqə saxlayıram (815 qaynar xətt), nəticə yoxdur.

Nəhayət bu gün dedilər ki, bu poliklinikanın öz İT sisteminin problemidir. Əgər poliklinikalar buna hazır deyildisə, bu nə kampaniya idi ki, başladıldı? Mayın 1-i olmasın, iyunun 1-i edərdiniz. Hamı hazır olardı, daha sonra tətbiq edilərdi. 

Mənim avtomobilim var, gedib onu həmin yerdən götürəcəyəm. Amma bu imkanı olmayanlar da var. Arxı keçməmiş hop eləməzlər" - o yazıb.

Xəbər xətti