Ermənistan hərbçilərini sərhəddən geri çəkdi

09:07 - 24 May 2024 - Xəbər

Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində sərhəd mühafizəsini öz üzərinə götürür.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Eyni məntiqlə Azərbaycanla sərhədin göstərilən istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək" - məlumatda deyilir.

Qeyd edək ki, əvvəllər sərhəddin həmin istiqamətində Ermənistan Müdafiə Nazirliyinin bölmələri xidmət aparırdı. 

Xəbər xətti