İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb - KİV

07:54 - 23 May 2024 - DÜNYA

İsrail əsgərlərinin Qəzza şəhərində yaşayış binası və məktəbi atəşə tutması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Ucnoqta.az-ın məlumatına görə, Əl-Cəzirə telekanalı xəbər verir ki, onlardan 10-u uşaqdır.

Bundan əvvəl İsrail ordusunun Ed-Dərəc bölgəsində yaşayış binalarına silsilə hücumlar təşkil etdiyi bildirilirdi. Nəticədə həmin an qaçqınların yerləşdiyi bir neçə ev və təhsil müəssisəsi tamamilə dağılıb. Ölənlər arasında dörd böyük və beş uşaq da var.

Xəbər xətti