Hindistanda qırmızı xəbərdarlıq elan edildi

08:02 - 22 May 2024 - DÜNYA

Hindistan Meteorologiya Departamenti (IMD) Hindistanın şimalında həddindən artıq istilərlə üzləşən bir neçə bölgə üçün növbəti beş gün ərzində qırmızı xəbərdarlıq elan edib.

Ucnoqta.az xəbər verir ki, Departamentin məlumatına görə, bu ərazilərdə maksimal temperatur Selsi üzrə 47 dərəcəni keçə bilər.

Racastan, Pəncab, Haryana, Dehlinin Milli Paytaxtı, Çandiqarh və Uttar Pradeş ştatının bir çox hissəsində isti dalğası baş verib

Xəbər xətti