Hoteldəki zəhərlənmənin qida ilə heç bir əlaqəsi olmayıb - AQTA

16:23 - 7 May 2024 - Xəbər

Bakının Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar müvafiq qaydada araşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb:"Bununla bağlı bildirik ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir".

Xəbər xətti