Deputatlara yeni kompüterlər VERİLDİ

15:40 - 7 May 2024 - Xəbər

Milli Məclisin deputatları yeni kompüterlərlə təmin olunublar.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məsələyə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında toxunub. 

"Biz təşəkkürümüzü bildiririk ki, artıq yeni kompüterlə təmin olunmuşuq. Ona görə bundan sonra qanunlarla bağlı daha operativ çıxışlar edə bilərik. Amma kompüterlər hələ internetə qoşulmayıb deyə, qanunlarla bağlı tez araşdırmaları təqdim edə bilmirik", - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə cavab olaraq bildirib ki, internetin olmaması təhlükəsizlik məsələləri ilə bağlıdır: 

"Bu kompüterlərin əsas missiyası odur ki, istənilən zaman layihələr hamısı olsun, qanunlara baxaq və bunların üzərində də iş gedir. Görülməyən işlər var və bunu Milli Məclisin kompüter məsələləri ilə məşğul olan şöbə edir". 

Xəbər xətti