"Lufthansa" Tehrana uçuşların dayandırılmasını mayın 9-dək uzadıb

19:07 - 29 Aprel 2024 - DÜNYA

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" Tehrana uçuşların dayandırılmasını mayın 9-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında dərc edilmiş məlumatda deyilir.

Bundan əlavə, aviaşirkət İranın hava məkanına daxil olmaqdan çəkinməyə davam edəcək.

Lufthansa əvvəllər aprelin 30-dək Tehrana uçuşları dayandırıb. Bu qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilib.

Xəbər xətti