Cəlilabadda "VAZ-2107" yanıb

20:27 - 27 Aprel 2024 - HADİSƏ

Cəlilabadda nəqliyyat vasitəsi yanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Amid Həsənova məxsus "VAZ-2107" markalı minik avtomobili anidən alışıb.

Əraziyə FHN-nin Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, ətrafa keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti