İTV-yə yeni direktor müavini təyin olundu

12:55 - 27 Aprel 2024 - Xəbər

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini təyin edilib.

Bu barədə Ucnoqta.az-a İTV-dən məlumat verilib.

Bildirilib ki, şirkətin Baş direktoru Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında bununla bağlı təklif irəli sürüb və məqsədəuyğun sayılıb.

Qeyd edək ki, G.Osmanova bu təyinatadək şirkətin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Xəbər xətti