NATO Rusiya sərhədlərinə çox yaxınlaşıb - Şoyqu

11:55 - 26 Aprel 2024 - DÜNYA

NATO qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb və bu, hərbi təhlükəsizliyə əlavə təhdidlər yaradır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanada keçirilən ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşündə deyib.

“Alyansın qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb və hərbi təhlükəsizliyə əlavə təhdidlər yaratdığını vurğulamaq istəyirəm ki, bu, bir daha göstərir ki, qərblilərə etibar etmək olmaz.
İndi bizi ittiham edirlər ki, əgər Rusiya Ukraynada dayandırılmasa, o zaman biz guya alyans ölkələrinə hücum edəcəyik”, - Şoyqu bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası başqa dövlətlərin işlərinə qarışmamaq siyasətinə sadiqdir.

"Eyni zamanda, Sovet İttifaqının dağılmasından sonra Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi davam edir, baxmayaraq ki, 90-cı illərdə bizə bunun baş verməyəcəyi vəd edilmişdi”, - Şoyqu vurğulayıb.

Xəbər xətti