Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

11:02 - 26 Aprel 2024 - Xəbər

Dərişov Zaxar Zakir oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulur.

Pravda.az-ın xəbərinə görə, Z.Dərişovla bağlı Şəki Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi edib.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).

Qeyd edək ki, Z.Dərişov "Tapyuva" və "Sun aqro" MMC-lərin qanuni təmsilçisidir.

Xəbər xətti