Britaniya Ukraynaya yüksək dəqiqlikli bombalar verəcək

15:21 - 24 Aprel 2024 - DÜNYA

Böyük Britaniya Ukraynaya JDAM və AASM analoqu olan yüksək dəqiqlikli "Paveway IV" aviabombalarını təhvil verəcək.

Ucnoqta.az xəbər verir ki, BBC müxbiri Conatan Beale görə, bu, buraxılış hündürlüyündən, sürətindən və uçuş yolundan asılı olaraq, maksimum 30 km-dən çox məsafəyə malik ikili rejimli GPS/lazerlə idarə olunan bombadır.

"Paveway IV" 2008-ci ildə Kral Hərbi Hava Qüvvələrində xidmətə daxil olub və "Eurofighter" Typhoon", "F-35", "Panavia Tornado" və "Harrier II" qırıcıları tərəfindən daşınır. Bu bombalar F-16 üçün də uyğundur.

Xəbər xətti