Qarabağdakı rus sülhməramlılarının heç bir funksiyası qalmamışdı - Peskov

19:20 - 22 Aprel 2024 - Xəbər

Rusiya sülhməramlıları Dağlıq Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı.

Ucnoqta.az xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra mümkün olub.

“Bu Ermənistanın 1991-ci ildə Azərbaycanın sərhədlərini tanımasından sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və  onlar üçün artıq funksiya qalmayıb”, - deyə Kreml nümayəndəsi izah edib.

Xəbər xətti