Bakıda məşhur şadlıq evi məhkəməyə verildi

17:46 - 22 Aprel 2024 - Xəbər

“Neolit” MMC açıq məkanda icazəsiz reklam yerləşdirdiyinə görə məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, “Neolit” MMC barədə şikayətə aprel ayının 23-də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

MMC açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə 5 min manatdan 10 min manata kimi cərimə edilə bilər. 

Xəbər xətti