ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

08:09 - 22 Aprel 2024 - DÜNYA

ABŞ və Filippin Cənubi Çin Dənizində (SCS) artan gərginlik fonunda illik Balikatan 2024 hərbi təlimlərinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.

Balikatan 2024-ün sözçüsü Maykl Logico bildirib ki,  təlim ilk dəfə Filippin ərazi sularından kənarda, Filippin sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. ABS-CBN News həmçinin ABŞ-ın Filippində SM-6 zenit idarəolunan raketlərini yerləşdirdiyini, lakin Balikatan 2024 sözçüsü silahların təlim zamanı istifadə edilməyəcəyini bildirib.

Xəbər xətti