“Ürəyində 4 stend var idi,... "

13:50 - 20 Aprel 2024 - Xəbər

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Moderator.az-a danışan əməkdar artist Firuzə İbadovanın qızı məlumatı təsdiqləyib.

“Cavanşir müəllim bu dəqiqə vəfat edib. Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, şok yaşayır. Ona görə də telefonlara mən cavab verirəm”, - deyə əməkdar artistin qızı bildirib.

Xəbər xətti