Xankəndidə avtomat və qumbaralar tapılıb

10:44 - 20 Aprel 2024 - ÖLKƏ İÇİ

Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər xətti