Sankt-Peterburqda yük qatarı relsdən çıxıb

14:09 - 18 Aprel 2024 - DÜNYA

Sankt-Peterburqda Avtovo - Predportovaya hissəsində yük qatarının 5 vaqonu relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan olmayıb.

Sankt-Peterburq Nəqliyyat Prokurorluğu vaqonların relsdən çıxması ilə əlaqədar dəmir yolu nəqliyyatının istismarı zamanı təhlükəsizlik qanunvericiliyinin yerinə yetirilməsini yoxlayır. 

Xəbər xətti