Rusiyanın Ukraynada itkiləri 450 mini ötdü

09:03 - 17 Aprel 2024 - DÜNYA

Son sutkada Rusiya ordusu Ukraynada 4 tank, 18 zirehli texnika, 15 artilleriya sistemi, 1 qanadlı raket, 2 PUA, 24 avtomobil texnikası, 2 xüsusi texnika itki verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, döyüşlərdə daha 710 rusiyalı hərbçi həlak olub.

Bununla da, Rusiya ordusunun mühairbə başladığı gündən indiyə qədər Ukraynada canlı qüvvə itkilərinin sayı 456050 nəfərə çatıb.

Xəbər xətti