“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib

00:01 - 17 Aprel 2024 - DÜNYA

“Flydubai” Dubaydan uçan bütün reysləri aprelin 17-dək şəhərin hava limanında fəaliyyətini dayandıran güclü yağışlar səbəbindən ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin nümayəndəsi məlumat verib.

"Bu gün, aprelin 16-da axşam Dubaydan yola düşməsi planlaşdırılan bütün Flydubai reysləri aprelin 17-si yerli vaxtla saat 10:00-a qədər təxirə salınıb. Bu müddət ərzində son təyinat yeri Dubay olmayan sərnişinlərin səyahətinə icazə verilməyəcək" – məlumatda deyilir.

Ləğv edilmiş reyslərin sərnişinləri tam kompensasiya alacaqlar.
 

Xəbər xətti