Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb

13:22 - 16 Aprel 2024 - Xəbər

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə Ucnoqta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

Xəbər xətti