Bu gündən ali təhsil müəssisələrinin I, II, III, IV ixtisas qrupları üzrə blok imtahanının I cəhdində iştirak üçün elektron ərizə qəbulu başlanacaq.
Ucnoqta.az xəbər verir ki, ərizə qəbulu 6 may saat 23:59-dək davam edəcək. Xatırladaq ki, I cəhd imtahanı I və IV ixtisas qrupları üzrə 2 iyun tarixində keçiriləcək.
II və III ixtisas qrupları üzrə imtahan 26 may tarixində keçiriləcək.
9 iyun tarixində isə I və III ixtisas qruplarının alt qrupları (Rİ və TC) üzrə imtahan keçiriləcək.