Rusiyada bir nəfər iki polisi və özünü yaraladı

12:56 - 12 Aprel 2024 - DÜNYA

Ufada bir nəfər bıçaqla özünü və iki polis əməkdaşını yaralayıb.

Ucnoqta.az xəbər verir ki, Başqırdıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, hücum edən şəxs və hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib.

Başqırdıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ilkin məlumata görə, kişi narkotik sərxoşluğu vəziyyətində olub.

Xəbər xətti