Vilayət Eyvazov “Bandotdel”in idarə rəisini yeni vəzifəyə TƏYİN ETDİ

18:15 - 10 Aprel 2024 - Xəbər

Bakının iki rayonuna yeni polis rəisləri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Digər əmrlə Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.///qaynarinfo

Xəbər xətti