Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək

13:53 - 29 Mart 2024 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə operativ iclas keçirəcək

Ucnoqta.az xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bu gün Putin Novo-Oqarevoda işini davam etdirir. Günün ortasında biz prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcəyini gözləyirik", - Peskov bildirib.

"Əgər prezidentin özü mövzunu səsləndirmək qərarına gəlsə, biz də müvafiq olaraq bunu sizə göstərəcəyik" - Peskov əlavə edib.

Xəbər xətti