Solovyovun verilişlərinə qadağa qoyuldu

11:00 - 29 Mart 2024 - DÜNYA

Ermənistan RTR-Planeta telekanalının multipleksində Vladimir Solovyovun orijinal “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin yayımını dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan “Facebook” sosial şəbəkəsində məlumat verib.

“Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsi” QSC, “Ermənistan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin 5 və 6-cı maddələri əsasında, qeydə alınan daimi qanun pozuntuları faktları Ermənistan Respublikası ərazisində RTR-Planeta telekanalının ictimai multipleksində “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif proqramlarının yayımını qadağan edib" - Poqosyan yazıb.

Xəbər xətti