Yaponiya HDQ ABŞ-nın “Tomaqavk” raketlərinin döyüş istifadəsi üzrə təlimlər keçirib

08:31 - 29 Mart 2024 - DÜNYA

Yaponiya Hərbi Dəniz Qüvvələrinin hərbçiləri potensial düşmənin ərazisinə uzun mənzilli zərbə imkanları əldə etmək üçün Tokionun ABŞ-dan almağa qərar verdiyi Amerika Tomahawk qanadlı raketlərinin döyüş istifadəsi üzrə təlimlər keçirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, təlim ABŞ-ın Yaponiyada yerləşən 7-ci Donanmasının bir hissəsi olan McCampbell esminesinin göyərtəsində keçirilib.

Təlimlər zamanı raketlərin idarə olunması və yer hədəflərinə mərmi atışları üzrə texnikalar sınaqdan keçirilib.

Xəbər xətti