Taksidəki videoların TikTok-a sızmayacağına təminat varmı? - EKSPERT

00:01 - 29 Mart 2024 - Cəmiyyət

Taksi sürücülərinin videokamera ilə salondakı sərnişinlərlə bağlı  topladığı fərdi informasiyaların taleyi necə olacaq?

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz deyib. Osman Gündüz "Taksi islahatları" ilə bağlı diqqəti cəlb edən digər bir məsələ taksidə salonun video çəkilişini aparan kameranın olması və bu  datanın 1 ay ərzində saxlamaq imkanının olmasıdır.

“Belə çıxır ki, adi taksi sürücülərində vətəndaşlarlarla, ictimai -siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı xeyli ictimai əhəmiyyət kəsb edən  video məlumatlar da olacaq.
Yəni taksilərdəki   video registratorda   xeyli qiymətli  informasiyalar, nəhəng data toplanacaq. Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların TikTok-a sızmayacağına təminat varmı? AYNA bununla bağlı nə düşünür ?  Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur”. 

O. Gündüz qeyd edir ki, AYNA minlərlə taksi sürücüsünün əlində olan nəhəng  datanın təhlükəsizliyini necə qoruyacaq? 
“Video registratorların kibertəhlükəsizlik məsələləri necə həll olunacaq?
AYNA bunların öhdəsindən gələ biləcəkmi?” – deyə sual edib.

Xəbər xətti