Qarabağda çevriliş həyata keçirən və viran qoyan ... - Taron Çaxoyan

13:34 - 28 Mart 2024 - Xəbər

Ermənistanda "mühacir hökuməti" təmsil edən bütün ofislər bağlanmalıdır

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Respublikası Baş Naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan Qarabağdan köçən ermənilər barədə deyib.

Taron Çaxoyan "mühacir Qarabağ hökumətinin" yaradılması təhlükəsi barədə xəbərdarlıq edib:

“Çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar. Ermənistanda dövlət daxilində dövlət ola bilməz, sürgündə hökumət yoxdur və ola da bilməz. Qarabağda çevriliş həyata keçirən və nəticədə Qarabağı viran qoyan həmin avantüristlər Ermənistanda mühacirətdə olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır”, – Çaxoyan öz Facebook səhifəsində yazıb.

Xəbər xətti