Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı artıb

12:33 - 28 Mart 2024 - DÜNYA

Madaqaskarda "Qamane" tropik qasırğası nəticəsində azı 11 nəfər həlak olub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 7 mindən çox insan xəsarət alıb.

Evlərin uçması və ya ağacların aşması nəticəsində 6 nəfər suda boğulub, 5 nəfər ölüb. Bir gün əvvəl altı nəfərin öldüyü və 2,6 min nəfərin yaralandığı bildirilmişdi. 1,2 mindən çox daxma su altında qalıb. Bir çox yol və körpülər də su altında qalıb və dağılıb.

Siklonun adanı martın 28-i axşam saatlarında tərk edəcəyi gözlənilir.

Xəbər xətti