Juninyo Fransa klubuna keçir? - FOTO

11:43 - 28 Mart 2024 - İDMAN

Fransanın “Tuluza” klubu “Qarabağ”ın futbolçusu Olavio Juninyo ilə maraqlanır.

Ucnoqta.az xəbər verir ki, bu barədə iddianı “Transfer Nabzı” X hesabı irəli sürüb.

Bildirilib ki, 27 yaşlı hücumçu Liqa 1 təmsilçisi ilə anlaşıb. Klub prezidenti Damyen Komollinin bu transferdə aktiv rol oynadığı bildirilib. Keçid mövsümün sonunda rəsmiləşəcəyi vurğulanıb.

Qeyd edək ki, forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.///Msport.az


Xəbər xətti