Lənkəranda yol qəzası olub, ata və oğul ölüb

09:30 - 28 Mart 2024 - ÖLKƏ İÇİ

Lənkəran rayonunda ağır avtoqəza olub.

“Report”un məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, zəncirvari qəzada "VAZ-2109", "CHEVROLET CRUZ" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "VAZ-2109"da olan sürücü və oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti